"İqtidar anlamalıdır ki, hədəf Azərbaycanı məhv etmək istəyən Paşinyan-Saakyan cütlüyüdür" — Arif Hacılı

GÜNDƏM 25 noy 2018, 14:10

"Bako Saakyan Moskvada səfərdədir. Vaşinqton, Paris indi də Moskva. Qarabağda qanunsuz rejimin, silahlı quldur dəstələrinin rəhbəri Minsk qrupu həmsədrləri olan dövlətləri gəzir, rəsmi dövlət nümayəndələri ilə görüşür".


Demokrat.Az xəbər verir ki, bu fikirləri Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib. 


Arif Hacılı deyib ki, iqtidar dövlətimizi beynəlxalq hüquq normalarına zidd olan bu məsələnin nəinki qarşısını almaq, hətta buna ciddi əks-səda doğuran etirazı təmin edə bilməyəcək qədər aciz duruma salıb:


"Xarici siyasətdə prioritetlər səfirlərin şərab biznesi, olduqları ölkələrdə H.Əliyev küçələri açmaq, hədəflər isə illər əvvəl buradan getmiş, vicdanlı olduqları üçün bu hakimiyyətin diqtəsini qəbul etməyən Riçard Kozlariç, Steynar Gil və başqalarına qarşı mübarizədir. 
İqtidar yiyələri nəhayət anlamalıdır ki, hədəf bu dövləti quran "AXC-Müsavat cütlüyü" deyil, məqsədləri bu dövləti çökdürmək, məhv etmək olan Paşinyan-Saakyan cütlüyüdür".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top