Rusiya, ABŞ sualtı qayıqlarına qarşı yeni metod üzərində işləyir

DÜNYA 25 noy 2018, 12:24

Rusiya donanması ABŞ sualtı qayıqlarının izlənməsini asanlaşdırmaq məqsədilə yeni metod üzərində çalışır: dəniz radarı ilə təchiz edilmiş robotlar.

 

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, məsələnin digər tərəfində ABŞ-ın artıq belə bir cihazlar təkmilləşdirməsi dayanır.

 

Rusiya dəniz radarları ilə təchiz edilmiş sualtı pilotsuz vasitələrin sınaqlarına başlayıb. Təxminən bir mildən uzun, elastik zəncirlə bərkidilmiş dəniz radar ötürücüləri və qəbuledicilər bağlanmış olduqları gəminin səs-küyünə məruz qalmayacaq dərəcədə onlardan uzaqda hərəkət edirlər. 

 

“Onun zəif cəhəti bundan ibarətdir ki, U şəkilli qoşqunu dartan maşın kimi, əlavə yükü dartan gəmi də daha asta hərəkət etməli və qoşqusunun özündən ayrılmaması üçün ehtiyatlı manevr etməlidir.

 

Manevrlər zamanı antena əyilirsə, bu siqnalın itirildiyi və ya təhrif edildiyi mənasına gəlir. Həmçinin antenanın uzun quyruqları gəmilərin manevr və sürət imkanlarını məhdudlaşdırır”, - deyə sınaqların keçirilməsi barədə məlumatı yayan “İzvestia” nəşri bildirir.

 

Donanma eksperti Aleksandr Mosqovoy bildirib ki, Rusiya donanması belə bir texnologiyanı uzun müddətdir ki, istəyir və onun əsas üstünlüyü həssaslığıdır. 

 

Rusiyanın döyüş gəmiləri özlərinə bərkidilmiş radarlarla təchiz edilib. Bunun sayəsində onlar 9,3-12,4 mil məsafədən hərəkət edən sualtı qayıqları, 30-100 kilometr məsafədən adi gəmiləri, 15-30 kilometrdən isə torpedoları aşkarlaya bilirlər. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top