Azərbaycanda kriminal avtoritet öldürüldü

KRİMİNAL 25 noy 2018, 11:10

Saatlı rayonununun Azadakənd kəndində kriminal avtoritet tapança ilə güllələnərək qətlə yetirilib.


“Report”un məlumatına görə, Saatlı rayonunun Azadakənd kənd sakini, 1967-ci il təvəllüdlü Əkbərov Oktay Saleh oğlunun ona məxsus BMW markalı avtomobildə başından almış 2 güllə yarası ilə meyiti aşkarlanıb. Meyit Sabirabad morquna müayinə olunmaq üçün yerləşdirilib.


Onun kim tərəfindən qətlə yetirildiyi məlum deyil.


Qeyd edilir ki, adı çəkilən şəxs dəfələrlə məhkumluq həyatı yaşayıb.


Faktla bağlı Saatlı rayon prokuroluğunda cinayət işi açılıb, araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top