100 il əvvəl dərc olunan qəzetdəki dəhşətli xəbərdarlıq alimləri heyrətə gətirdi - Hamı bu məqaləni oxuyur / FOTO

MARAQLI 24 noy 2018, 20:46
Sən demə, iqlim dəyişikliyinin baş verəcəyi və onun törədəcəyi fəsadlar barədə hələ 106 il əvvəl xəbərdarlıq edilib.

Demokrat.Az xarici KİV-lərə istinadən məlumat verir ki, bu barədə 14 avqust 1912-ci ildə Yeni Zelandiyada nəşr olunan qəzetdə yazılıb.

“Rodney and Otamatea Times” qəzetində dərc olunan “Kömür istehsalı iqlimə təsir edir” adlı qısa məqalədə qeyd olunub ki, kömür mədənlərindən ildə 7 milyard ton zərərli maddə atmosferə buraxılır.Nəzərə alsaq ki, kömür mədənlərinin sayı günümüzdə dəfələrlə çoxalıb, onda bu göstəricinin nə qədər artdığını təsəvvür etmək çətin olmaz.

Müəllifə görə, bu cür fəaliyyət iqlim dəyişəkliyini qaçılmaz edəcək.

Qeyd edək ki, hazırda alimlər iqlim dəyişikliyinin baş verdiyini, bəzi bölgələrdə temperaturun rekord dərəcədə artdığını bəyan edir.(Metbuat.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top