İşçiləri Azərbaycan Güləş Federasiyasını məhkəməyə verdi - Maaşlar VERİLMİR

İDMAN 24 noy 2018, 16:55
İşçilər federasiyaya qarşı məhkəmə iddiası qaldırıblar.
 
Demokrat.Az-ın verdiyi xəbərə görə, Zamanov Balağa, Xaliqov Mikayıl, Hacıyev Nizami iddia ərizəsində Azərbaycan Güləş Federasiyasından 4 aylıq maaşlarını və məzuniyyət pullarının ödənilməsini tələb ediblər.

Məhkəmə iddianı qismən təmin edib. Qərar belə olub ki, federasiya maaşları ödəsin, məzuniyyət pulları isə ödənilməsin.

Azərbaycan Güləş Federasiyası bu qərarla razılaşmayıb, apellasiya şikayəti verərək maaşları ödəmək istəmədiklərini bildirib və belə qərar çıxarılmasını istəyib.

Hazırda proses davam edir.

Azərbaycan Güləş Federasiyasının prezidenti keçmiş vergilər naziri Fazil Məmmədov olub.

O, bir müddət əvvəl bu vəzifəsindən istefa verib.(Qafqazinfo)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top