Soydaşımız Yusif Cəfərov Rusiyada Azərbaycan Mədəniyyət Mərkəzinə sədr seçilib - FOTOLAR+VIDEO

MARAQLI 24 noy 2018, 12:41
Bu günlərdə Rusiya Federasiyasının Buryatiya Respublikasında Azərbaycan diasporunun sədrliyinə seçkilər keçrilib.

Demokrat.Az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzi adı altında fəaliyyət göstərən diaspor qurumuna seçkilərin nəticəsinə görə Yusif Cəfərov rəhbərlik edəcək.

Qeyd edək ki, Fizuli Rayonunda dünyaya gəlmiş soydaşımız Yusif Cəfərov ötən əsrin 80 ci illərindən Buryatiyada yaşayır. Rusiya əyalətlərində milli amilə görə təşkilatlanma prosesinə başlandığı dövrdə bu işin önündə gedənlərdən biri də Yusif Cəfərov olub. Soydaşlarımız ona olan etimadlarını bir sıra amillərlə əlaqələndirir.  Diasporunn lideri regionda nüfuz sahibidir, O Buryatiya Respublikasının əməkdar ticarət işçisidir, Buryatiyanın yaranmasının 350 illiyi, Azərbaycan Respublikasının Tərəqqi medallarına  layiq görülüb. 

Region rəhbərliyi ilə sıx əməkdaşlığı diaspor liderinin soydaşlarımızın qaıdırdığı sual va problemləri həll etməsinə müsbət təsir edir.  Anqoya qəsəbəsindəki dəmir yolu vağzalına Heydər Əliyevin adının verilməsi də bu qəbildən olan uğurlardan sayılır. Sözsüz ki, Buryatiya Respublikasında tanınmış siyasi xadimə olan münasibət onun xidmətlərilə əlaqədardır.

Xatırladaq ki, SSRİ nin ən iri layihələrindən sayılan BAM-ın tikintisi məhz SSRİ Nazirlər Kabinetinin sədr müavini vəzifəsində çalışmış Heydər Əliyevin kurasiyasında olub. Məhz BAM ın gerçəkləşməsi nəticəsində Buryatiyada infrastruktura inkişaf edib, yeni qəsəbə və şəhərlər salınıb ki, sadalananlar Rusiyanin inkişafına müsbət təsirini göstərməkdədir. Bu faktlar 2000 ci illərdə diaspor qurumuna Heydər Əliyevin adının əbədiləşdirilməsi üçün əsas vermişdi ki, yerli sakinlər tərəfindən irəli sürülən təşəbbüsü Respublika rəhbərliyi adekvat qarşılamışdı.

Yusif Cəfərov hesab edir ki, diasporun fəaliyyətinin əsas istiqaməti milli-mədəni layihələr olmalıdır.

“Məhz mədəni tədbirlərlə ölkəmizə marağı artıra bilərik. Siyasi tədbirlərə gəldikdə isə təşkilatımızın nizamnaməsi də buna yol vermir, Rusiya qanunvericiliyi də” – deyir, Yusif Cəfərov.  

Buryatiya Respublikasında təqribən 3300 həmyerlimiz yaşayır. Ümmummilli tədbirlər zamanı 500 nəfərə qədər soydaşımız bir araya gəlməyi bacarır, deyən diaspor sədri növbəti beş ildə qarşıya qoyulan vacib məsələ kimi Azərbaycan dilini tədris edən sinfin açılacağını deyir. Rusiyanın və Azərbaycanın dövlət bayramlarında fəal iştirak da təşkilatın fəaliyyət planlarına daxildir.

Hazırda Azərbaycan Mədəniyyət Mərkəzi Həmrəylik Bayramını qeyd etmək üçün Ulan Ude meriyası ilə danışıqlar aparır. Nəzərdə tutulan tədbirin Region rəhbərliyi ilə müştərək  təşkil ediləcəyi planlaşdırılıb.  
 

 

Demokrat.Az
      

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top