"Yaxşı dolandığım üçün soğan əkmirəm" — Deputat Aqil Abbas

MARAQLI 23 noy 2018, 20:56
Milli Məclisin deputatı Aqil Abbas marketə 300 manat borcunun olması barədə söylədiyi fikirlərin sosial şəbəkələrdə ironiya ilə müzakirə edilməsinə cavab verib.

Demokrat.Az xəbər verir ki, deputat "Ölkə.Az"a açıqlamasında deyib ki, onun fikirləri bəzi şəxslər tərəfindən təhrif olunaraq əhaliyə ayrı formada təqdim olunur:

"Bəzi adamlar sosial şəbəkələrdə yazırlar ki, bəs Aqil Abbasın dükana borcu ola-ola nə üçün soğan əkmir. Onlara cavabım budur: yaxşı dolandığım üçün soğan əkmirəm. Bundan kimə nə var?!".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top