DİN-dən əməliyyat: 31 nəfər tutuldu

HADİSƏ 23 noy 2018, 10:31

Daxili İşlər Nazirliyi ötən gün ərzində cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlayıb.


Demokrat.Az xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 119 cinayət faktı qeydə alınıb, onların da 22-si “isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top