Abel Məhərrəmov BDU-da keçmiş işinə başladı — FOTO

GÜNDƏM 22 noy 2018, 15:58
Xəbər verdiyimiz kimi, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.
 
Unikal.org-a Abel Məhərrəmovla bağlı maraqlı məlumat daxil olub. Belə ki, rektor vəzifəsindən azad olunan A.Məhərrəmov öz kabinetini "Üzvi kimya" kafedrasına köçürüb. Buna səbəb isə Abel Məmmədəli oğlu Məhərrəmovun 2002-ci ildən "Üzvi kimya" kafedrasının rəhbəri olmasıdır. A.Məhərrəmov hazırda bu kafedrada rəhbər kimi fəaliyyətini davam etdirir, hər gün işə çıxır, bu sahədə öz təcrübəsini tələbələrlə bölüşür.
 
Məsələ ilə bağlı sayta açıqlama verən BDU-nun mətbuat katibi Pərvanə İbrahimova bildirib ki, akademik Abel Məhərrəmov hazırda "Üzvi kimya" kafedrasının rəhbəri kimi BDU-da öz fəaliyyətini davam etdirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top