Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycan dəvət edilməyib? — Rəsmi Bakıdan REAKSİYA

SİYASƏT 22 noy 2018, 14:58

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu ilin dekabr ayında Tbilisidə təşkil ediləcək Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik iclasına rəsmi Bakının dəvət olunmaması ilə bağlı KİV-də yayılan məlumata münasibət bildirib.


Demokrat.Az xəbər verir ki, mətbuat xidmətinin bununla bağlı açıqlamasında deyilir: 


“Qeyd edilən məsələ Azərbaycan Respublikasının Avropa İttifaqı yanındakı nümayəndəliyi tərəfindən araşdırılır. Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın rəsmi nümayəndələrinin dəvət olunmaması faktı öz təsdiqini taparsa, bu, əlbəttə ki, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq.

Məsələ ilə bağlı kütləvi informasiya vasitələrinin suallarını, eyni zamanda, Avropa İttifaqının Bakıdakı nümayəndəliyinə və tədbirə ev sahibliyi edəcək Gürcüstanın ölkəmizdəki səfirliyinə ünvanlaması məqsədəuyğun hesab edilir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top