Elmar Vəliyevə atəş açan Yunis Səfərovun silahdaşı Moskvada həbs edildi — Azərbaycana EKSTRADİSİYA EDİLİR

HADİSƏ 21 noy 2018, 15:59

Rusiyanın paytaxtında fəaliyyət göstərən və Moskva İslam Mərkəzində toplaşan azərbaycanlı gəncləri Suriyaya göndərən azərbaycanlı Tale Yusifov həbs edilib. 


Bu barədə Demokrat.Az-a Azərbaycanın Rusiyada fəaliyyət göstərən diaspora təşkilatından məlumat daxil olub.


Məlumata görə, Tale Yusifovun “dini baxışlar”ı Moskva İslam Mərkəzinin rəhbəri, İran İslam Respublikası Ali dini liderinin Rusiyadakı nümayəndəsi Sabir Əkbəri Ciddinin himayəsi və nəzarəti altında formalaşmış və gənclər arasında fəallığı ilə seçilib. 


Rusiya Federasiyasında yaşayan soydaşımız bildirir ki, Tale Yusifov Sabir Əkbəri Ciddidən əldə etdiyi “dini biliklər”in təsiri altında bir neçə dəfə Suriyada olub, bir sıra azərbaycanlı gənclərin Bəşər Əsəd hökuməti qüvvələri tərəfindən döyüşən silahlı qruplaşmalara qoşulmasını təşkil edib.


Digər məlumata görə, Tale Yusifov Gəncədə terror aktı törətmiş Yunis Səfərovla məhz bu mərkəzdəki “ibadətlər” və “dini dərslər”də iştirak etdikləri zaman Suriyaya getməyi planlaşdırıb və birlikdə niyyətlərini həyata keçiriblər.

 

Похожее изображение


Azərbaycanın Rusiyada fəaliyyət göstərən diaspora təşkilatından bildirilib ki, yaxın vaxtlarda Tale Yusifovun Rusiyadan ölkəmizə ekstradisiya olunması gözlənilir. 


Adının çəkilməsini istəməyən diaspora nümayəndəmiz deyib ki, Azərbaycana qarşı fəaliyyət göstərən bu cür şəxslər gec-tez qanunlar qarşısında cavab verməli olacaqlar.


"Hadisələrin gedişi göstərir ki, dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq, müxtəlif xarici qüvvələrin təsiri altında Azərbaycana qarşı fəaliyyət göstərən və onun milli maraqları üçün mümkün təhdidlərə zəmin yaratmağa çalışan istənilən şəxsin Tale Yusifovun aqibəti ilə üzləşəcəyi qaçılmazdır", - deyə diaspora sədri qeyd edib.


Zaur Hacılı
Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top