"Abel Məhərrəmovun şərab içdiyini görməmişəm" — BDU-nun professoru sabiq rektoru MÜDAFİƏ ETDİ

GÜNDƏM 20 noy 2018, 23:11

Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Nizaməddin Şəmsizadə ötən həftə rektorluqdan çıxarılan akademik Abel Məhərrəmovun adının şərab biznesində hallanması məsələsindən danışıb. 


Professor Demokrat.Az-a açıqlamasında bildirib ki, Abel Məhərrəmovun şərab biznesilə məşğul olması inandırıcı deyil:


"Abel Məhərrəmov yaxşı adam idi. Bizdə belədir də! Yaxşı olanda demirlər ki, yaxşısan. Amma bir dəfə səhv edəndə, adamın üzərinə düşürlər. Mən Abel Məhərrəmovun şəxsi işlərinə bələd deyiləm. Amma onun şərab, içki düşkünü olduğuna inanmıram. Bunu deyənlərin xüsusi məqsədləri var. Şəxsən mən Abel Məhərrəmovun şərab içdiyini görməmişəm. Ümumiyyətlə o, maraqlı şəxsiyyətdir".


Zaur Hacılı
Demokrat.Az  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top