Gəncədəki partlayışda ölən və yaralananların adları AÇIQLANDI - SİYAHI

GÜNDƏM 20 noy 2018, 18:09

Gəncədə baş verən partlayışla bağlı FHN rəsmi məlumat yayıb. 

 

Demokrat.Az xəbər verir ki, məlumatda deyilir: 

 

"Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş qəza hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha iki nəfərin, 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun meyiti tapılaraq çıxarılmışdır.

 

Ümumilikdə, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılmış, 1 nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilmişdir. Əməliyyat davam edir. 

 

Əlavə məlumat veriləcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top