"Yaralanan hərbçinin vəziyyəti ağırdır" - Kəmaləddin Heydərov

HADİSƏ 20 noy 2018, 12:33

Fövqəladə hallar naziri Kamaləddin Heydərov Gəncə şəhərindəki yaşayış binasında partlayış baş verən binanın ərazisinə baş çəkib.

 

Demokrat.Az xəbər verir ki, vəziyyətlə tanış olan nazir jurnalistlərə açıqlama verib.

 

K.Heydərov bildirib ki, hadisə zamanı dağıntılar altında qalan 3 nəfər ölüb, 1-i isə ağır yaralanıb: "Səhər saat 5:45-də hadisə barədə məlumat daxil olub. Partlayış zamanı üç nəfər ölüb, bir nəfər isə ağır yaralıdır. Yaralı hərbçi olduğundan hosbitala yerləşdirilib. Onun vəziyyətinin də ağır olduğu bildirilir. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Kinoloji xidmətin itlərindən hər hansı reaksiya olmasa təmizləmə işlərinə başlanacaq. Sonra isə binanın qalıb qalmaması və ya sökülüb yenidən tikilməsi barədə qərar veriləcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top