“Instagram”da məktəbli qızları fahişəliyə cəlb edən şəxs həbs edildi - FOTOLAR

HADİSƏ 20 noy 2018, 11:59

Azyaşlı qızları fahişəliyə cəlb edən şəxs saxlanıldı


 
Demokrat.Az xəbər verir ki, sosial şəbəkədə azyaşlı qızları aldadaraq, hədə-qorxu gələrək fahişəliyə cəlb edən Bakı sakini Mehdiyev Cəlal Əli oğlu İnsan Alverinə qarşı Baş Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 


Saxlanılan şəxs barəsində Nərimanov rayon məhkəməsi həbs qətiimkan tədbrir seçib. Hazırda o, Bakı İstintaq təcridxanasında saxlanılır.


 
Qeyd edək ki, Cəlal Mehdiyev insan alveri, yetkinlik yaşına çatmayan qadınları fahişəliyə cəlbetmə cinayətlərində ittiham olunur.


 
Həmin şəxsin fotolarını təqdim edirik: (azxəbər.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top