Kəmaləddin Heydərov təcili Gəncəyə getdi

HADİSƏ 20 noy 2018, 11:04

Gəncə Şəhər İcra Hakimiyyəti partlayışla bağlı açıqlama verib.

 

Demokrat.Az xəbər berir ki, qurumun ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Həsən Məmmədov "Qafqazinfo”ya bildirib ki, binanın 3-cü və 4-cü mərtəbəsində yaşayış yoxdur: "Yaşayış 1-ci və 2-ci mərtəbədədir. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində xilasetmə işləri aparır. Deyilənlərə görə, bir ailə dağıntılarda qalıb. Amma hələ ki, dəqiq deyil. Axtarışlar davam edir”.

 

Məlumata görə, hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıdan Gəncəyə gedir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top