Azərbaycan millisi UEFA Millətlər Liqasında həlledici oyuna çıxır

İDMAN 20 noy 2018, 10:01

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxacaq.

 

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin sonuncu – VI turunda Kosovo komandasının qonağı olacaq. Priştinadakı “Fadil Vokrri” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

 

Qrup mərhələsində mübarizəyə Bakıda Kosovo ilə qolsuz heç-heçə etməklə başlayan yığma, Malta ilə hər iki dueldən 1:1 hesablı bərabərliklə ayrılıb. Əvəzində komanda Farer adalarını səfərdə 3, evdə isə 2 cavabsız qolla məğlub edib. Kosovo isə iki oyunda Maltanın qapısından ümumilikdə 8 top keçirməklə yanaşı (3:1, 5:0), Farer adaları ilə duellərdən 4 xal toplayıb (2:0, 1:1).

Beləliklə, Kosovo yığması hazırda 11 xalla 1-ci pillədədir. Hesabında 9 xalı olan Azərbaycan millisi qrup qalibi kimi C liqasına və pley-offa yüksəlmək üçün səfərdə mütləq qalib gəlməlidir. Əks halda, komanda yeni təsis edilən yarış vasitiəsi ilə AVRO-2020-yə vəsiqə qazanmaq şansını itirəcək.

UEFA Millətlər Liqası

D liqası, III Qrup

VI tur

23:45. Kosovo – Azərbaycan

Baş hakim: Benua Miyo

Yan xətt hakimləri: Medi Ramuni, Bertran Juannu

Əlavə köməkçi hakimlər: Frank Şnayder, Kərim Abed

Dördüncü hakim: Benjamen Pajes (hakimlər briqadası Fransadandır)

Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya)

UEFA nümayəndəsi: Antonio Talariko (İtaliya)

Priştina. “Fadil Vokrri” stadionu

 

"Report"

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top