“İşğal edilmiş torpaqlarda ermənilər narkotik bitkilər becərir” — Əli Həsənov

SOSİAL 19 noy 2018, 19:26

"Azərbaycanın İranla dövlət sərhədinin 132 kilometrlik hissəsi nəzarətsiz zonaya çevrilib ki, həmin ərazilərdən də Avropa və digər ölkələrə narkotik vasitələr daşınır".


Demokrat.Az trend-ə istinadən xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov bu gün Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə Alt Komissiyasının 53-cü sessiyası zamanı bildirib.


O qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarda ermənilər tərəfindən narkotik bitkilər becərilir:


"Həmin ərazilərdə narkotiklərin istehsalı və tranziti, eləcə də terrorçu qrupların yaradılması və onlara təlimlər keçirilməsi təhlükənin miqyasını daha da artırır. Bu, beynəlxalq normaları pozur".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top