"Özəl kanallar Azərbaycan xalqını əfqan xalqına döndərib" — Aqil Abbas

SOSİAL 19 noy 2018, 09:21

"Bizim teatrların çoxuna gedirəm. Yaxşı dramaturqlarımız da var, gözəl də pyeslər qoyulur, səhnələşdirilir. Gedin “Azdrama”nın, ya operanın afişasına baxın".


Demokrat.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında millət vəkili, yazıçı-publisist Aqil Abbas deyib. 


“Düzdür, operada əsasən köhnələri qoyulur, təzə operalar az yazılır. Baleti də, axırıncı yazan deyəsən Polad Bülbüloğlu olub”, - deyən, yazıçının sözlərinə görə, əslində bu gün ciddi tamaşaçı, izləyici problemi yaşanmır.


“Gənc Tamaşaçılarda və digər teatrlarda tamaşalar var və müəyyən qədər tamaşaçı gəlir. Sadəcə, indi insanların əlində telefon, nə bilim nə, informasiya mənbələri və sairə çoxdur. Ona görə də kinoya az gedirlər. Çünki istədiyi kinoya internetdən açıb baxır, pul da vermir. Eyni zamanda, zövqlərin korlanması da iki yüz faizdir. Bu məsələ də var.


Yəni, bu yöndəki iradlarla, fikirlərlə də razılaşıram. Azərbaycanın özəl kanalları, qurban olduqlarım, çox təəssüflər olsun ki, Azərbaycan xalqını əfqan xalqına döndərib”, - deyə, A. Abbas sözlərinə əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top