Həftənin ilk iş günü üçün hava proqnozu

SOSİAL 18 noy 2018, 22:33

Ölkə ərazisində noyabrın 19-na gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11°, gündüz 12-14° isti olacaq.

 

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti təşkil edəcək.

 

Azərbaycanın digər rayonlarında hava əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti təşkil edəcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top