Bakıda 10-a qədər bağçanın müdiri işdən çıxarıldı

SOSİAL 18 noy 2018, 18:27

Son günlərdə Bakıda bir neçə uşaq bağçasınnı rəhbəri dəyişdirilib.

 

Publika.az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətində həyata keçirilən kadr islahatlarının tərkib hissəsi olaraq uşaq bağçalarında da dəyişikliklərə start verilib.

 

Artıq paytaxtın bir neçə rayonu üzrə 10-dan çox uşaq bağçasının müdiri yenisi ilə əvəzlənib. Həmçinin bir çox uşaq bağçalarında təmir işləri həyata keçirilir. Valideynlərin bildirdiyinə görə, son günlərdə dövlətə aid uşaq bağçalarında menyu üzrə körpələrin qidalanmasında da irəliləyişlər var.

 

Qeyd edək ki, rəhbərliyi dəyişən uşaq bağçalarından biri də Nərimanov rayon İ.Hidayətzadə küçəsi-20 ünvanında yerləşən 168 №-li körpələr evi-uşaq bağçasıdır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top