Bakıda qəssablar bir-birinə rəqib kəsilib dana ətini ucuzlaşdırdılar - VİDEO

SOSİAL 18 noy 2018, 17:39

Əksər yerlərdə 10 manat 50 qəpik -11 manata satılan dana əti paytaxtdaki bəzi məntəqələrdə 9 manata təklif edilir.

 

Bu gün həmin qəssabxanalarda olduq və qiymətin ucuzlaşmasının səbəbini soruşduq.

 

Sən demə, qiymətin birdən-birə enməsinin səbəbi qəssablar arasında yaranan rəqabət olub. 

 

Xezerxeber.az-ın məlumatına görə, qəssablar arasında yaranan rəqabət dana ətinin qiymətini 9 manata qədər endirib.

 

Əksər yerlərdə 10 manatdan baha satılan dana ətinin bu qəssabxanalarda ucuz olmasının bir sıra səbəbləri var.

 

Uzun illərdir ət satışı ilə məşğul olan paytaxt sakini Aqil Məmmədov deyir ki, qiyməti ucuzlaşdırmasının əsas səbəbi yaxınlıqda olan qəssabxanada ətin 9 manat 50 qəpiyə satılması olub. 

 

Qəssabların dediyinə görə, ətin kiloqramını 9 manata satmalarına baxmayaraq, onlara müəyyən qədər xeyir də qalır. 

 

Ancaq digər qəssabların dana ətinin qiymətinin birdən-birə 9 manata endirilməsinə münasibətləri birmənalı deyil.

 

Hazırda sümüklü dana ətini 10 manat 50 qəpiyə, sümüksüzü isə 13 manat 50 qəpiyə satan qəssab Mütəllim Hacıyev isə düşünür ki, 9 manata olan məntəqələrdə kəsilən heyvan dana deyil və ya bu qiymət müvqqəti xarakter daşıyır. 

 

İstənilən halda qiymətin endirilməsi ən çox alıcıların üzünü güldürüb. 

 

Satıcılar qiymətlərin hələ bir müddət belə qalacağını bildirdilər. 

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətarflı videomaterialı təqdim edir:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top