"Milli Şura və AXCP-nin məqsədi təxribat törətmək, ara qarışdırmaqdır" - Siyavuş Novruzov

SİYASƏT 17 noy 2018, 23:26

Milli Şura adlanan qurumun və AXCP-nin Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməyə cəhd etməkdə məqsədi təxribat törətmək və ara qarışdırmaqdır.

 

Demokrat.Az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

 

S.Novruzov bildirib ki, Milli Dirçəliş Günü ilə Milli Şura arasında heç bir əlaqə yoxdur:

 

"Onların belə aksiya keçirməyə haqları da çatmır, çünki onlar yalnız şəxsi məqsədlərini güdürlər. Görünür, xarici dairələrdən yeni tapşırıq alıblar. Aksiyanı da ona görə qeyri-qanuni keçirməyə cəhd ediblər ki, polis müdaxilə etsin və polis müdaxilə edən kimi də dərhal Avropaya müraciət etsinlər ki, guya Azərbaycanda insan hüquqları, sərbəst toplaşma azadlığı pozulur. Bunların əsl məqsədi budur".

 

Millət vəkili əlavə edib ki, radikal müxalifət həm də belə qanunsuz aksiya keçirməyə cəhd etməklə cəmiyyətə öz varlıqlarını, mövcud olduqlarını göstərməyə çalışır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top