Əli Kərimli ilə Cəmil Həsənli saxlanıldı - Milli Şura sədrinin halı pisləşdi

HADİSƏ 17 noy 2018, 22:37

Bu gün Şəhidlər Xiyabanında müxalifət Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və onun bir qrup tərəfdarı saxlanılıb.

 

Demokrat.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə AXCP nümayəndələri məlumat yayıblar.

 

Ə.Kərimli və onun tərəfdarları Milli Dirçəliş Günü ilə əlaqədar təntənəli yürüş edib və qəbirlərin üstünə güllər qoymaq üçün Şəhidlərin Xiyabanına yollanıblar. Saxlanılanlar Səbail Rayon Polis İdarəsinə aparılıblar.

 

Hazırda Əli Kərimlinin bir qrup tərəfdarı Səbail Rayon Polis İdarəsinin qarşısına toplaşıb.

 

Məlumata görə, Milli Şuranın sədri Cəmil Həsənli də saxlanılıb.

 

 

***

Virtualaz.org xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin binasına təcili yardım maşını yaxınlaşıb.

 

Bəzi məlumatlara görə, Cəmil Həsənlinin halı pisləşib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top