“Bir şəxsin uzun müddət vəzifədə qalması neqativ nəticələrə səbəb olur” - Mehman Əliyev

GÜNDƏM 17 noy 2018, 22:10

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun vəzifədən uzaqlaşdırılması uzun müddət vəzifədə olan məmurların yeni sima və kadrlarla əvəzlənməsi məsələsini yenidən aktuallaşdırıb.

Uzun müddət vəzifədə qalmaq hansısa neqativ meyl və vərdişlərin formalaşmasına səbəb olurmu? Məmurların uzun müddət vəzifədə qalması hansısa aspektlərdən xüsusi risk və təhlükə kəsb edirmi?

Demokrat.Az xəbər verir ki, moderator.az-a açıqlama verən Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bunun bir çox baxımdan arzuedilməz olduğunu qeyd etdi:

“Təbii ki, bir şəxsin uzun müddət vəzifədə qalması neqativ nəticələrə səbəb olur. Bu, aksiomadır. Buna görə də hətta Qərbdə yüksək nüfuza malik olan siyasi xadimlər hakimiyyətdən özləri imtina edirlər. Buna misal olaraq Toni Bleyeri göstərmək olar. Bir şəxs uzun müddət vəzifədə qalırsa çevik, müsbət qərarların qəbul edilməsində problem yaranır. Çünki əlaqələr yaranır, maraqlar formalaşır, ortaya başqa məsələlər çıxır. Ona görə də dünyanın bir çox ölkəsində məmurların tez-tez dəyişdirilməsinə, yeni simalarla əvəz edilməsinə üstünlük verilir”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top