Tramp: “Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtarırıq”

DÜNYA 17 noy 2018, 21:44
Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtarırıq".
 
Bunu ABŞ prezidenti Donald Tramp deyib.
 
"Biz Fətullah Güləni Türkiyəyə verməyin üsullarını axtarırıq. Biz düşünürük ki, Türkiyə üçün nə edə bilərik. Prezident Ərdoğan güclü, sərt və ağıllı liderdir. Biz onunla bir-birimizi əla anlayırıq, hərçənd ki, Türkiyə ilə münasibətlərimiz indi l ən yaxşı səviyyədə deyil", - deyə ABŞ prezidenti vurğulayıb.
 
Qeyd edək ki, D.Tramp bu gün ABŞ-ın dövlət katibi Maykl Pompeo və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspellə görüşəcək. Həmin görüşdə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda jurnalist Camal Xaşoginin öldürülməsi əmrinin vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfindən verilməsi və böyük ehtimalla, Fətullah Gülənin Türkiyəyə ekstradisiya məsələsinin müzakirə ediləcəyi gözlənilir.(virtualaz.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top