“Bir qarış torpağın belə azad edilməsi böyük hadisədir” - Vahid Əhmədov

SİYASƏT 17 noy 2018, 21:19

Düşmən işğalından 2016-cı ilin aprel döyüşləri nəticəsində azad edilən Cocuq Mərcanlı kəndində həyata keçirilən böyük tikinti-quruculuq işləri, istehsalat müəssisələrinin inşası və s. bu gün də davam edir.

Istər Cocuq Mərcanlı, istərsə də düşmənə təmas xəttində yerləşən digər bölgələrdə yeni iş yerlərinin açılması əhalinin məşğulluq probleminin həlli, insanların Bakı və digər iri şəhərlərə axınının qarşısını almaq baxımından nə dərəcədə zəruridir?

Demokra.Az  xəbər verir ki, moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov işğaldan azad edilən ərazilərdə geniş quruculuq işlərinin aparıldığını, bunun bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdiyini bildirdi:

“Aprel döyüşlərindən sonra Cocuq Mərcanlıda aparılan böyük quruculuq işləri, evlərin tikintisi, Azərbaycan bayrağının yüksəldilməsi həm iqtisadi, həm də mənəvi baxımdan bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bir qarış torpağın belə azad edilməsi böyük hadisədir. Belə ərazilərdə istehsalat müəssisələrinin inşası, sosial layihələrin həyata keçirilməsi də  olduqca önəmlidir.

Naxçıvanda da xeyli torpaq sahəsi azad edilib. Orada da ciddi quruculuq işləri görülür. Naxçıvan rəhbərliyi bu istiqamətdə böyük işlər görür. Hansı ki, bunlar xalqımızın və dövlətimizin maraqları baxımından üçün olduqca əhəmiyyətlidir”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top