"Tənqid edilən bayağı verilişlərlə bağlı addımlar atıla bilər" — Nuşirəvan Məhərrəmli

GÜNDƏM 17 noy 2018, 16:55

"Telekanallarda bayağı verilişləri ən çox tənqid edən Milli Televizya və Radio Şurasıdır".


Demokrat.Az xəbər verir ki, bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Televizya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. 


Bu yaxınlarda telekanal rəhbərləri ilə görüş keçirildiyini vurğulayan N.Məhərrəmli deyib ki, həmin görüşdə də bayağı verilişlərə son qoyulması ilə bağlı tövsiyələr verilib:


"Bilirsiniz, bəzən elə başa düşülməsin ki, Milli Televiziya və Radio Şurası efirdə yayımlanan bayağı verlişlərə qarşı deyil. Əlbəttə ki, biz həmin verilişlərlə bağlı dəfələrlə tənqidi fikirlər səsləndiririk, monitorinqlər keçiririk. Ancaq biz telekanallara konkret tapşırıq verə bilmərik ki, bu cür verilişləri dayandırın. Hələ ki, bizim buna səlahiyyətimiz çatmır. Ancaq biz bu məsələlərlə bağlı mütəmadi olaraq görüşlər keçiririk və telekanal rəhbərlərinə tövsiyələr edirik. Yəqin ki, yaxın zamanlarda insanlar tərəfindən tənqid olunan həmin bayağı verilişlərlə bağlı addımlar atılacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top