Bakının bu yolları məhdudlaşdırılacaq

SOSİAL 17 noy 2018, 11:52

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ( AAYDA) Akademik Milli Dram teatrı ətrafındakı yolları qismən məhdudlaşdıracaq.


Bu barədə Demokrat. Az-a agentlikdən bildirilib.


Qeyd edilib ki, Akademik Milli Dram teatrının ətrafında olan yollarda aparılan profilaktik işlər çərçivəsində noyabrın 17-18 tarixlərində sözügedən ərazidə hərəkət işlərin aparıldığı hissələr üzrə qismən məhdudlaşdırılacaq: "Belə ki, yolun bağlanması nəzərdə tutulmur". 
"AAYDA sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir", - deyə məlumatda vurğulanıb. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top