Prezidentdən təhsillə bağlı VACİB SƏRƏNCAM

GÜNDƏM 16 noy 2018, 19:56

Prezident İlham Əliyev “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.


Demokrat.Az xəbər verir ki, sərəncamla “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib.


Təhsil Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.


Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top