Abel Məhərrəmovun yerinə o gətirildi – FOTO

GÜNDƏM 16 noy 2018, 13:48

Noyabr ayının 16-sı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov prezident İlham Əlyevin sərəncamına əsasən vəzfəsindən azad edilib.


Demokrat.Az xəbər verir ki, hazırda rektor vəzifəsini müvəqqəti olaraq professor Əmrah Dadaşov icra edir.


Əhmrah Dadaşov 1967-ci ildə Bakı Dövlət Universitetinin hərbi kafedrasında, 1968-ci ildən isə universitetin Tarix fakültəsi Ümumi tarix kafedrasında laborant, 1981-ci ildən indiyədək isə Qədim dünya və orta əsrlər tarixi kafedrasında işləyib, kafedranın professorudur Qədim Şərq və Antik tarix fənlərini tədris edib, 100-dən çox məqalənin, 3 monoqrafiyanın, üç kitabın müəllifidir. 


Rektorluq tərəfindən BDU-nun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə 9 dəfə təşəkkür alıb.(Minval.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top