Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadıldı

KRİMİNAL 16 noy 2018, 10:13

Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.


Demokrat.Az-ın Report-a istinadən məlumata görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib, V.Mahmudovun həbs müddəti daha üç ay artırılıb.


Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu V.Mahmudov ötən il noyabr ayının əvvəlində həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top