Deputat şəhid ailələri ilə görüşdə siqaret çəkdi — VİDEO

SOSİAL 15 noy 2018, 20:11

Bu gün Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan hərbi qulluqçulardan bəzilərinin ailə üzvləri yenidən Milli Məclisin önündə toplaşıblar. 


Demokrat.Az xəbər verir ki, onlar yenə bir sıra şüarlar səsləndirərək həlak olan yaxınlarına görə birdəfəlik müavinəti ala bilmədiklərindən şikayətləniblər.


Əsgər analarından biri deyib: "Axı, şəhidləri dövlət bayrağına büküb gətirəndə «Vətən sağ olsun» deyərdik. Ümid edirdik ki, hökumət buna cavab olaraq şəhid ailəsinin tələbatını qarşılayacaq. Amma bir dəfə soruşmadılar ki, bu uşaqları necə böyütdüz, kitab-dəftərini necə aldız? Çünki məmur biz yaşadıqlaırmızı yaşamayıb, necə deyərlər, toxun acdan xəbəri olmaz".


Başqa bir ana isə onların şikayətlərinin ölkənin telekanallarında işıqlandırılmamasından narazılıq edib: 


"Zəng edib, xəbər veririk, gəlmirlər, çəkmirlər, qorxurlar. Amma bu məsələ həllini tapsın, gecə-gündüz tərif deyəcəklər. Bax, həmin günü gözləyirəm".


Bir müddət sonra onların qarşısına deputat Aqil Abbas çıxıb. A.Abbas vurğulayıb ki, bu məsələ ona bəllidir və o da bunun yoluna qoyulmasını istəyir.


Şikayətçilərin biri deputata Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məmurlarından narazılıq edib.


"Biri deyir ki, dünyada heç bir dövlət belə müavinət vermir, bunu ancaq Azərbaycan verir. Belə davranışları ilə minnət qoyaraq, adamlarda qıcıq yaradırlar. Bu belə deyil, bütün dünya dövlətləri bunu edir. Hətta mən bildiyim qədər, ABŞ-da bu vəsaitin məbləği 250 min dollardır", - deyə şikayətçilərdən biri söyləyib.(AzadlıqRadiosu)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top