"Deyilməyib ki, yerdə uzan şəkil çəkdir" — Tolik

ŞOU-BİZNES 15 noy 2018, 16:32

Prodüser Tarix Əliyev (Tolik) efirdə yerə yıxılmasını tənqid edənlərə cavab verib. 


Demokrat.Az axşam.az-a istinadən xəbər verir ki, prodüser "Hər şey daxil" verilişində ona söz atan müğənni Nurlan Təhməzliyə əsəbiləşib. Tolik Nurlanın "Gərək burda yıxılım ki, maraqlı olum" sözlərinə sərt cavab verib:


"Mən burda yıxılmışam. Bəzi qanmaz insanlar var. Dünyada belə trend var idi: "yıxılan ulduzlar". Deyilməyib ki, yerdə uzan şəkil çəkdir. Necə olur, bizim müğənnilər "Səni deyirlər" seviləndə gecə ilə studiyaya girib onu oxudular. Mahnı tənqid olunsaydı, deyəcəkdilər biz Rəşid Behbudov, Sofiya Rotoraya qulaq asırıq. Hansı müğənniyə sual versən deyir, Aygün Kazımova, İlqar Muradovu bəyənirəm. Burada şou etmək istədin, amma alınmadı".


Qeyd edək ki, Tolik efirdə Niyam Salami ilə birlikdə "Yıxılan ulduzlar" trendinə qoşulmuş və qınanılmışdı.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top