"Milli Məclisin işçilərinin mənzillə təmin edilməsinə ehtiyac var" - Deputat

SOSİAL 15 noy 2018, 12:14

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament işçilərinin mənzillə təmin edilməsi üçün vəsait ayrılması təklif edilib.

 

Bu təkliflə “Azərbaycan Respublikası Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli çıxış edib.

 

“Milli Məclisin işçilərinin mənzillə təmin edilməsinə ehtiyac var. Bunun üçün vəsait ayrılmalıdır. Onların bir çoxlarının mənzilə ehtiyacı var. Bir sıra nazirliklərdə bu cür işlər həyata keçirilir”, - deputat əlavə edib.

 

“Report”

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top