Fransalı deputat: ATƏT-in Minsk Qrupu xarab olub

SİYASƏT 14 noy 2018, 20:10

Jerome Lambert DağlIq Qarabağ münaqişəsindən danışdı

 

“Fransa merlərinin qondarma Dağlıq Qarabağa səfər etməsi və ya şəhərlərin qondarma Dağlıq Qarabağla qardaşlaşması təəsüf hissi doğurur”.

 

Demokrat.Az xəbər verir ki, bu açıqlamanı REAL TV-yə Azərbaycanda səfərdə olan Fransa parlamentinin deputatı Jerome Lambert etdi.

 

“Mən təəssüf hissi ilə qeyd edirəm ki, biz belə hallarla rastlaşırıq. Bildiyiniz kimi Fransada merlər dövlətdən asılı deyil, onlar seçiliblər və çox azaddırlar. Onlar hər hansısa bir şəhərlə münasibətə girə bilərlər, yəni əlaqə yarada bilərlər. Təbii ki, bu Fransa qanunvericiliyinə uyğun deyil, Azərbaycan ərazisi sayılan şəhərlərlə sənədələr imzalayırlar, qardaşlıq əlaqələri qururlar. Amma onlara qarşı hələ ciddi bir tədbir görülməyib. Ümid edirəm ki, bu cür hallarla tez-tez rastlaşmarıq. Həm də bu o qədər tez-tez rast gəldiyimiz fakt deyil. Amma bu fakt var. Merlər Qarabağa səfər edirlər və mən buna yalnız təəssüf edə bilərəm”, - fransalı deputat bildirib. 
Jerome Lambert münaqişənin həll edilməsi istiqamətində fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun bu istiqamətdə işini də dəyərləndirdi.

 

“Təbii ki, hazırki vəziyyətdə biz buna baxsaq, ATƏT-in Minsk Qrupu işləmir, yəni xarab olub. Fransa əlbəttə ki, vacib ölkədir və həmsədr olan 3 ölkədən biridir. Fransanın sülh əldə olunmasında rolu böyük olmalıdır. Mən ümid edirəm ki, Fransa öz mövqeyini tam olaraq ortaya qoyacaq və bu münaqişənin həllində öz gücünü ortaya qoyacaq”, - deputat deyib.

 

Qeyd edək ki, Fransanın Sent-Etyen şəhərinin meri, "Fransa-Artsax" dostluq qrupunun üzvü Qael Perdrion Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə qanunsuz səfər edib.

 

Məlumata görə, səfər çərçivəsində işğal altında olan Şuşa və Fransanın Sent-Etyen şəhərləri arasında qanunsuz olaraq "Dostluq bəyannaməsi" imzalanıb. Qeyd edək ki, Azərbaycanın qanunvericiliyə əsasən işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən şəxslər Xarici İşlər Nazirliyinin (XİN) arzuolunmaz şəxslər siyahısına daxil edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top