Məmmədyarov-Mnatsakanyan görüşü olacaq – Rəsmi açıqlama

SİYASƏT 14 noy 2018, 16:25

Rəsmi Bakı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin (Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan) bu ilin dekabr ayında Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşü barədə mətbuatda yayılan məlumata münasibət bildirib.

 

Bu haqda Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, Azərbaycan Ermənistan xarici işlər naziri ilə nəinki beynəlxalq tədbir çərçivəsində, həm də kənar formatda substantiv və nəticəyə yönəlik danışıqlar üçün görüşməyə razı olduğunu hər zaman bildirib.

 

“ATƏT-in Minsk Qrupunun həmsədrləri bu görüşlərin təşkili istiqamətində müvafiq iş aparırlar. Azərbaycan tərəfi həmsədrlərin sülh danışıqlarını irəli aparmaq və Ermənistanı danışıqlarda konstruktiv mövqeyə gətirmək təklifini dəstəkləyir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top