Azərbaycanda böyük ticarət mərkəzində yanğın – Hər kəs təxliyə olundu

HADİSƏ 14 noy 2018, 14:15

Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzinin 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar 25 m² sahədə yanıb.


Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Demokrat.Az-a məlumat verilib.

 

Verilən məlumata görə, hadisə zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər xilas olunub, 60 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

 

Yanğın saat 09:39-da yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top