"Zamirənin xərclədiyi pula şəhidlərin bütün..." - Deputat

GÜNDƏM 14 noy 2018, 09:00

"Zamira Hacıyevanın Londonda xərclədiyi 130 milyon pulla 1988-1993-cü illərdə şəhid olmuş bütün şəxslərin ailələrinə kompensasiya vermək olardı”.

 

Bu sözləri millət vəkili Zahid Oruc 2019-cu il büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

 

Millət vəkili bildirib ki, prezidentin şəhid ailələri ilə bağlı fərmanı çıxandan sonra Səlim Müslümov açıqladı ki, bu fərman 8800 ailəyə şamil olunacaq: "Demək o, hesablamanı əvvəldən aparıbmış. Sığorta Fondunun əməkdaşı isə iki nimdaş dəftərlə insanların qarşısına çıxdı. Yaxud da deyirlər ki, kimsə şəhidinin 40-ı çıxmamış gəlib vəsaiti alıb. İndi də hüquqi varis məsələsini ortaya çıxarıblar”. (publika.az)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top