Azərbaycana yadplanetlilərin gəmisi enib - Dünya alimlərindən ŞOK İDDİALAR

MARAQLI 14 noy 2018, 00:17

Son vaxtlar Yer planetinə yad sivilizasiya nümayəndələrinin səfərləri, yaxud hücumları artmağa başlayıb. Şahidlər getdikcə daha tez-tez dünyanın ən müxtəlif yerlərində NUO-ların şəkillərini çəkir və bu hallar insanlar arasında təşviş yaradır.


İnsanlar üçün çoxdan bəri yenilik deyil ki, Kainatda biz yalqız deyilik. Əslində, bu məntiqə də sığışmır. Mütəxəssislərin fikrincə, yadplanetlilərin Yerə səfərlərinin artmasında ən mənfi cəhət onların əhaliyə qarışaraq Yerdəki həyata uyğunlaşmağa başlamasıdır.


Demokrat.Az virtualaz.org-a istinadən xəbər verir ki, ufoloqlar son vaxtlar yadplanetlilərin Yerə axınının artmasını onlara məxsus planetlərdə ehtiyatların tükənməsi ilə izah edirlər. Mütəxəssislərin fikrincə, yadplanetlilərin sivilizasiyası bizimkinə nisbətən qat-qat qədimdir və onlara artıq yeni "ev" lazımdır.


Son məlumatlara görə, yadplanetlilər daha çox ABŞ-da, Rusiyanın Ural hissəsində və Uzaq Şərqdə, eyni zamanda İsraildə və Azərbaycanda görünüblər. 


Son sutka ərzində dünyanın müxtəlif bölgələrində UNO-ların qeydə alındığı 100-ə yaxın fotoşəkil çəkilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top