Orta məktəbin stadionu satıldı – AZƏRBAYCANDA QƏRİBƏ HADİSƏ – VİDEO

HADİSƏ 13 noy 2018, 12:29

Azərbaycanda orta məktəbə məxsus stadionun ərazisi satışa çıxarılıb.


Bu barədə A24.az-a Masallı rayonunun Qəriblər kənd sakinləri tərəfindən verilən məlumatda deyilir. 


Bildirilir ki, Qəriblər kəndində yerləşən tam orta məktəbin stadionu satışa çıxarılıb. 0.5 hektar ərazisi olduğu deyilən stadionun artıq yeni sahiblərinə veriləcəyi bildirilir.


Hazırda satışa çıxarılan ərazi hasarlanıb və şagirdlərin stadiona daxil olmasına qadağa qoyulub. Kənd sakinləri stadionun satılmasından narahat olduğunu bildirib. 


Eyni zamanda, valideynlər orta məktəbdə tədris olunan “Bədən tərbiyəsi” fənninin qüvvədən düşdüyünü vurğulayır.


Qeyd olunur ki, stadion ərazisi kənd bələdiyyə sədri Müşfiq Ağayev tərəfindən satılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top