"Onu öldürməyi günah bildim" - Mirkamil qızı olduğunu AÇIQLADI

ŞOU-BİZNES 13 noy 2018, 12:13

Müğənni Mirkamil Kamilov bu dəfə övladı olması xəbəri ilə gündəmə gəlib. 


Demokrat.Az xəbər verir ki, sənətçi 3 aylıq qızı olduğunu, onu hamıdan gizlətdiyini bildirib. 


Körpənin şəklini yayımlayan sənətçi bunları yazıb:


"Bu şəkli paylaşmaq borcumdur, xalqın övladıyam. Ağır xəstə vaxtlarımda öləcəyimi hiss etdiyimdən bu uşağı öldürməyi özümə ən ağır günah bildim və düşündüm ki, mən öldükdən sonra doğmalarıma məndən yadigar qalar. Amma gizlədirdim. 


Şükürlər olsun ki, Allah və qızım məni yenə də sizlərə qaytardı. Allah bütün olmayanlara nəsib etsin. Qızımın adını da sizlərlə bölüşürəm. Sayra üçüncü ayındadır. Bir az da böyüsün sizlərlə və Sayra ilə birgə dəniz kənarına gəzintiyə çıxarıq".


Qeyd edək ki, Mirkamil son günlər İnstaqramdakı paylaşımlarla gündəmə gəlib. O, beyin xərçəngindən, narkotikdən əziyyət çəkdiyini açıqlayıb. İfaçı heç vaxt ailəli olmayıb.(Axşam.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top