"Səudiyyənin prokuroru səs yazısına qulaq asanda şoka düşdü" - Ərdoğan

GÜNDƏM 13 noy 2018, 11:43

"Səudiyyənin baş prokuroru "yəqin ki, bu, heroin qəbul edib, çünki bu əməli ancaq narkotik maddə qəbul edən biri törədə bilər" deyəcək qədər şoka düşüb".


Demokrat.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdən qayıdarkən jurnalistlərin suallarını cavablayıb. 


O, Camal Haşoqqinin İstanbul baş konsulluğundakı qətli barədə də danışıb.


"Cinayətlə bağlı səs yazısını Səudiyyə də daxil olmaqla, ABŞ, Fransa, Kanada, Almaniya, İngiltərəyə də dinlətdik. Səs yazısı fəlakətdir. Hətta Səudiyyənin baş prokuroru ""yəqin ki, bu, heroin qəbul edib, çünki bu əməli ancaq narkotik maddə qəbul edən biri törədə bilər" deyəcək qədər şoka düşdü".(Milli.Az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top