"Şəbnəmin sağ əli onu bəyənməyən müğənnilərin başına" - Tolik

ŞOU-BİZNES 12 noy 2018, 21:59

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) müğənni Şəbnəm Tovuzlunun müdafiəsinə qalxıb.
 

O, "İndi necəsən mənsiz?" adlı klipindəki içki və siqar səhnələrinə görə ifaçını tənqid edənlərin ünvanına sərt sözlər ünvanlayıb:

"Aygün Kazımova, Faiq Ağayev kimi xalq artistlərinin kliplərində içki də, siqaret də, ssenariyə uyğun olaraq fahişəlik də, yataq səhnələri də təsvir olunub. İndi adi siqaret səhnəsinə görə Şəbnəmi qınamaq nə dərəcədə düzgündür? Azərbaycanda kifayət qədər izlənilən və bəyənilən "Təhminə və Zaur" kinosunda da yataq səhnələri var, fahişəlik də təsvir edilib. Sevgilisindən ayrılan bir kişinin "İndi necəsən mənsiz?" klipində təsvir olunmuş bir halı nə ola bilərdi? O vəziyyətə uyğun olaraq ya içki içməli, ya da siqaret çəkməlidir. Bunu dərk etmək çox çətindir? Nə etməlidir? "Heç nə, "bambılı" kimi oturmuşam" deməli idi? Türkiyədə siqaret və ya içki səhnələri efirə verildikdə üzəri bağlanır. Azərbaycanda isə bu edilmir. Şəbnəmin klipində heç bir qəbahət yoxdur. Narkomaniyanı təbliğ etmir ki. Təki hamı Şəbnəm kimi işini sevən müğənni olsun. Şəbnəmin sağ əli onu bəyənməyən müğənnilərin başına".  (big.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top