Bakı sakini binanın girişində güllələndi

KRİMİNAL 12 noy 2018, 14:51

Bakıda silahlı insident olub.


Demokrat.Az-ın Report-a istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, M.Qardaşları küçəsi 119 ünvanından yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada baş verib.


Orada yaşayan Elnur Əliyev binanın girişindəki pilləkən qəfəsində odlu silahdan atəş açaraq Namiq Nəcəfovu güllələyib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.


Hadisəni törədən E.Əliyev şübhəli şəxs qismində tutularaq barəsində həbs-qətimkan tədbiri seçilib.


Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz odlu silah saxlama), 229.1-ci (qanunsuz olaraq silah hazırla) maddələri ilə cinayət işi başlanıb.


Araşdırmalarla müəyyən edilib ki, E.Əliyev N.Cəfərovu aralarında olan şəxsi-qərəzli münasibətlərlə əlaqədar qisas məqsədilə öldürmək istəyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top