"Boğuluram, başımdan bu çuvalı çıxarın..." - Qaşıqçının son sözləri

DÜNYA 11 noy 2018, 21:58

Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının həyatının son dəqiqələrində dedikləri məlum olub.

Demokrat.Az oxu.az-a istinadən bildirir ki,  bu barədə materialı "Əl-Cəzirə" telekanalına Türkiyənin "Daily Sabah" qəzetinin müxbiri Nazif Karaman ötürüb.

Audioyazıdan bəlli olur ki, Qaşıqçı həyatının son dəqiqələrində "Boğuluram... Bu çuvalı başımdan çıxarın, klaustrofobiyam var" sözləri deyir.  

Karaman bildirib ki, jurnalistin qətli 7 dəqiqə davam edib. Onun sözlərinə görə, tezliklə "Daily Sabah" sözügedən audioyazıdan parçaları yayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top