Dəmiryolu işçiləri xəstəxanalıq oldu

HADİSƏ 11 noy 2018, 19:15

Ağstafa rayonundan keçən dəmir yolu xəttində elektirik işi görən 2 fəhlə yanıq xəsarəti alıb.

 
Demokrat.Az
"Report"a istinadən xəbər verir ki, hadisə Ağstafa rayon Dəmir Yolu Vağzalının yaxınlığında qeydə alınıb.

 

Xəsarət alanlar Suraxanı rayon sakinləri - 1992-ci il təvəllüdlü İbrahim Tacəddin oğlu və 1995-ci il təvəllüdlü Tərlan Məstanovdur.

 

Hər iki şəxs xəstəxanaya yerləşdirilib və onlara həkimlər tərəfindən tibbi yardım göstərilib.

 

Hadisənin başvermə səbəbləri araşdırılır.

 

Bundan əvvəl “Azərişıq” ASC-nin sürücüsünü elektrik cərəyanı vuraraq öldürüb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top