Cabir İmanov Dövlət Təhlükəsizliyi Xidmətini "KVN" gözündə görür? — FOTO

MARAQLI 11 noy 2018, 13:12

Əməkdar artist Cabir İmanovun direktor kimi yeni fəaliyyətə başladığı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində uşaqlar üçün "Mr.White - Yeni İl Möcüzəsi" adlı əyləncəli tədbir təşkil olunacaq. 


Demokrat.Az xəbər verir ki, tədbir 2019-cu il yanvarın 4-də saat 12:00-dan 14:00-dək davam edəcək. 


"Parni iz Baku" KVN komandasının üzvü olan aktyor Cabir İmanovun yeni vəzifədə bu cür tədbirlər təşkil etməsi sosial şəbəkələrdə də birmənalı qarşılanmayıb. Çoxları ciddi qurum hesab olunan Dövlət Təhlükəsizliyi Xidmətinin adı ilə bağlı bu cür tədbirlərin təşkil olunmasını qeyri-ciddi kimi qəbul edir. 


Görünür ki, əməkdar artist Cabir İmanov Dövlət Təhlükəsizliyi Xidmətinə hələ də "KVN-çi" gözü ilə baxır. Əks halda o, bu cür şouların ciddi dövlət strukturu sayılan DTX-nin Mərkəzində keçirilməsinə imkan verməzdi.


Azər Hüseynli
Demokrat.Az

 


  


 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top