Ərdoğanla Tramp görüşdü

DÜNYA 11 noy 2018, 10:39

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə ABŞ lideri Donald Trampla görüşüb.


"Ölkə.Az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Parisə gəlmiş dünya liderlərinin şərəfinə Fransa Prezidenti Emmanuel Makron tərəfindən verilən ziyafətdə baş tutub.


Axşam yeməyi zamanı yan-yana oturan Rəcəb Tayyib Ərdoğan və Donald Tramp bir müddət söhbət ediblər. Dövlət başçılarının hansı mövzu ətrafında söhbət etmələri açıqlanmır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top