Azərbaycan İsveçdəki səfirliyini bağlamaq niyyətində deyil - Xarici İşlər Nazirliyi

SİYASƏT 10 noy 2018, 17:37

Biz hər hansı bir yerdə, o cümlədən Azərbaycanın İsveçdəki səfirliyini bağlamaq niyyətində deyilik”. 

“Report” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.


XİN rəsmisi bildirib ki, Azərbaycanın İsveçdəki səfirliyini bağlayacağına dair məlumatlar həqiqəti əks etdirmir: “Bir kərə yüksələn bayraq, bir daha enməz” prinsipi suveren və müstəqil dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir.
Əksinə, Azərbaycanın həyata keçirdiyi çox fəal xarici siyasəti və beynəxalq birlik tərəfindən artan hörmətini nəzərə alaraq, xaricdəki nümayəndəliklərimizin sayını hətta daha da artırmaq niyyətindəyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top